
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC-nin “BakuBus” və “Bakı Taksi Xidməti”
MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə
etmir.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya
Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına
müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi”
şirkətlərinə aiddir:
“”BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin
Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət
şirkətidir. “Bakı Taksi” isə sərnişinlərimizin “London taksisi”
adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və
avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam
etdirəcəklər”.
Qeyd edək ki, geniş müsahibə bu gün 21:30-da Trend Beynəlxalq
İnformasiya Agentliyində və “Azad Azərbaycan” Müstəqil Teleradio
Kompaniyasında(ATV) yayımlanacaq.

