Xaçmazın Əhmədoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Əhmədoba kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil
olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin
sakinləri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Əhmədoba kəndindən olan şəhid İsmət
Aslan oğlu Rəsulovun büstü önünə gül dəstələri düzüblər. Ümummilli
Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən mərd
oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər mavi
yanacaqla təchizat, elektrik təsərrüfatının yenilənməsi, suvarma
kanallarının təmizlənməsi və sel sularının fəsadlarının aradan
qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir