
Bakı. Trend:
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə
Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təlimində növbəti
tapşırıqlar uğurla icra olunub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
Təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və
Macarıstanlı hərbçiləri tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif
tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı
ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə
53 bayraq Türkiyə səmasında dalğalandırılıb.
Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə
qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

