Azərbaycan və bp enerji tərəfdaşlığını genişləndirir

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı
direktoru Meq O’Nil arasında görüş keçirilib.

Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə bp şirkəti ilə uzunmüddətli strateji
enerji tərəfdaşlığı və enerji təhlükəsizliyi layihələri üzrə
əməkdaşlığın hazırda bərpa olunan enerji, dekarbonizasiya
istiqamətində genişlənməsindən məmnunluq ifadə olunub.
Azərbaycan-bp tərəfdaşlığının 30 ildən çox tarixə malik olduğu və
bu əməkdaşlığın mürəkkəb dövrlərdə mühüm nəticələr verdiyi
vurğulanıb. Azad edilmiş ərazilərdə həyata keçirilən “Şəfəq”
layihəsinin icrası, xüsusilə Cəbrayıldan “yaşıl elektron”ların
virtual ötürülməsini mümkün edən mexanizmin yaradılması yüksək
qiymətləndirilib. Bu mexanizmin regionda dekarbonizasiya və enerji
nəqli modelində yeni mərhələyə keçidi təmin edən mühüm innovativ
addım olduğu vurğulanıb.




Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirdiyi
islahatlar barədə məlumat verilərək bildirilib ki, ölkəmiz ənənəvi
neft – qaz ixracatçısından tədricən bərpa olunan enerji
istehsalçısına çevrilir və enerji strategiyası balanslaşdırılmış
yanaşmaya əsaslanmaqla neft, qaz, hidro, külək və günəş enerjisini
əhatə edir. Həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi
potensialı, eləcə də regionlararası enerji interkonnektor
layihələri də diqqət mərkəzində olub. Dünyada elektrik enerjisinə
artan tələbat fonunda Azərbaycanın elektrik enerjisinin ixracını
prioritet istiqamət kimi müəyyən etdiyi qeyd edilib. Bildirilib ki,
gələcəkdə regionlar və ölkələr arasında əlaqələr təkcə
dekarbonizasiya deyil, həm də enerji təhlükəsizliyi baxımından
həlledici rol oynayacaq.

Söhbət zamanı Azərbaycan və bp arasında əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi üzrə qarşılıqlı maraq ifadə edilib. Həmçinin
qlobal enerji bazarlarında vəziyyət ətrafında da fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir