
Bakı. Trend:
2026-cı ilin yanvar – mart ayları ərzində orta aylıq nominal
əməkhaqqı artıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin yanvar – mart ayları ərzində orta aylıq
nominal əməkhaqqı 1 min 151,5 manat təşkil edib.
Bu isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artım
deməkdir.

