BƏƏ gizli şəkildə İrandakı hədəflərə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri İrandakı hədəflərə, o cümlədən Fars
körfəzindəki Lavan adasındakı neft emalı zavoduna gizli şəkildə
zərbələr endirib.

Trend bu barədə xarici mediaya istinadənxəbər verir.

Məlumata görə, İran hədəflərinə zərbələr Birləşmiş Ərəb
Əmirliklərinin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrdən
istifadə etməklə həyata keçirilib.




Mənbələr, xüsusən də BƏƏ-nin 8 apreldə Lavan adasındakı İran
neft emalı zavoduna endirdiyi zərbənin böyük yanğına səbəb olduğunu
və bir neçə ay ərzində zavodun əksər gücünü sıradan çıxardığını
bildirirlər. Onlar qeyd edirlər ki, hücum beləliklə, Körfəz
monarxiyasını potensial olaraq artan münaqişəyə sürükləyib.

Pentaqon və Ağ Ev rəsmiləri zərbələrlə bağlı birbaşa şərh
verməkdən imtina ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir