
Bakı. Trend:
Vaşinqton İranla sülh müqaviləsini yalnız Amerika tərəfi üçün
əlverişli şərtlər olduqda imzalayacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp
jurnalistlərə açıqlamasında bildirib.
Tramp vurğulayıb ki, ABŞ-yə yalnız “yaxşı bir razılaşma” ilə
yetərli olacaq.
Qeyd edək ki, ötən gün ABŞ Hörmüz boğazında hərbi münaqişə
səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata
keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını
dayandırdğını elan edib.
İran tərəfi hazırda sadəcə müharibənin sona çatdırılması ilə
əlaqədar məsələni araşdırmaqdadır və nüvə məsələsinin müzakirəsinin
hazırda gündəmdə olmadığını bildirir.
Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4
mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan
edib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

