İran ABŞ ilə danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər
münaqişənin həlli üçün ABŞ ilə danışıqlara qayıtmaq niyyətində
deyil.

Trend-in
məlumatına görə, bu barədə İran mediası xəbər verib.




Məlumata əsasən, İrəli sürülən şərtlər arasında bütün
istiqamətlərdə, xüsusən də Livanda hərbi əməliyyatların
dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran
aktivlərinin blokdan çıxarılması, müharibənin vurduğu ziyana görə
kompensasiya və Tehranın Hörmüz boğazına suveren hüquqlarının
tanınması olub.

Bildirilib ki, bu tələblərin yerinə yetirilməsi etimadın bərpası
və danışıqlar prosesinin mümkün bərpası üçün zəruri olan minimum
hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir