“Mercedes-Benz” Berlindəki bütün avtomobil salonlarını satıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Mercedes-Benz” şirkəti Berlindəki bütün salonlarını “Alpha Auto Group”un rəhbəri kanadalı sahibkar Kuldip Billana
satıb.

Trend-in
məlumatına görə, bu barədə “Bild” qəzeti biznes dairələrindəki
mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, söhbət Almaniyanın paytaxtında təxminən 1500
əməkdaşı olan yeddi filialdan gedir. Eyni zamanda, nəşrin
məlumatına görə, Mercedes-Benz digər şəhərlərdə – Hamburq, Münhen,
eləcə də Reyn-Rur bölgəsində avtomobil salonlarını satmağı
planlaşdırır ki, bu da ümumilikdə 8000 iş yerini təhlükə altına
qoya bilər.

Berlindəki mağazalardakı işçilər müqavilə barədə elektron poçt
vasitəsilə bildiriş aldılar. Onlara pul kompensasiyası və ya cəmi
bir illik iş zəmanəti arasında seçim təklif edildi. Bundan sonra
onların mövcud müqavilələri ləğv edilməli və yeniləri
imzalanmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir