
Bakı.Trend:
ABŞ-yə məxsus iki təyyarənin Avstriya hava məkanını pozmasından
sonra ölkənin hərbi hava qüvvələri növbətçi qırıcıları havaya
qaldırıb.
Trend xəbər verir
ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun rəsmisi Mixael Bauer bildirib ki, söhbət iki PC-12/U-28A
təyyarəsindən gedir. Həmin təyyarələr taktiki kəşfiyyat və xüsusi
təyinatlı qüvvələrin daşınmasıda istifadə olunan
kəşfiyyat-nəqliyyat təyyarələridir.
İsveçrənin “20 Minuten” nəşrinin məlumatına görə, ABŞ-yə məxsus
iki təyyarə lazımi icazə olmadan Yuxarı Avstriyadakı Totes-Gebirge
dağ massivi üzərindən uçub. Bundan sonra Avstriyanın “Eurofighter”
qırıcıları onların qarşısını almaq üçün havaya qaldırılıb və
Amerika təyyarələri Münhen istiqamətinə geri dönüb.

