Slovakiya parlamentinin sədri Qarabağa səfər edəcək

Baş səhifə

Slovakiya Milli Şurasının sədri Rixard Raşi Qarabağa səfər edəcək.

Modern.az xəbər verir ki, o, bu barədə mayın 13-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

R.Raşi səfər çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada da olduğunu söyləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir