Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının
sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də
Zəfər parkını ziyarət edib.

Trend xəbər
verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülüb.

Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil
qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi
misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin
yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı
məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir