
Bakı.Trend:
Gürcüstanda Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti
digər profil strukturlarla əlaqələndirilmiş şəkildə 74 əcnəbini
ölkədən deportasiya edib.
Trend bu barədə
Gürcüstan mediasına istinadən xəbər verir.
Deportasiya olunanlar arasında 18 dövlətin vətəndaşları var.
Bunlar – Azərbaycan, Türkiyə, Hindistan, Pakistan, İran, Rusiya,
Belarus, Azərbaycan, Ermənistan, Tacikistan, Özbəkistan, həmçinin
bir sıra Afrika və Yaxın Şərq ölkələrindən olan vətəndaşlardır.
Nazirlikdən qeyd edilib ki, deportasiya olunmuş bütün şəxslərin
ölkə ərazisinə yenidən daxil olmasına qadağa qoyulub.

