
Bakı. Trend:
Rixard Raşinin səfəri ölkə parlamentləri arasında əlaqələrin
yüksək səviyyədə olduğunu göstərir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli
Şurasının sədri Rixard Raşi ilə mətbuata birgə bəyanatında
deyib.
O bildirib ki, bütün səfərlər əlaqələrin inkişafı ilə bağlı
nümayiş etdirdirilən ardıcıl addımların nəticəsidir.
“Ölkələrimiz arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə
inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfərlər
və görüşlər iki ölkə arasında fəal siyasi dialoqun nəticəsidir.
Məhz bunlar iki ölkə arasında yeni əməkdaşlıq sahələrinin nəzərdən
keçirilməsinə şərait yaradır. Müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün mövcud potensial mövcuddur”.
S.Qafarova qeyd edib ki, R.Raşi işğaldan azad edilən bölgələrə
səfər edəcək. Bu, onun həmin ərazilərə ikinci səfəri olacaq.

