
Bakı. Trend:
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov
Erkin Xəyyam oğlu təyin olunub.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb
Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini
İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam
etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və
xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.
2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında
Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu
ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Pediatriya kafedrasının assistentidir.
2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın
Pediatriya şöbəsinin müdiridir.
O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin
sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin
İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya
Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.
E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

