Media nümayəndələri WUF13 çərçivəsində yekun işlərlə tanış olublar (FOTO)

Baş səhifə

Bakı.Trend:

Media nümayəndələri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində görülən yekun
işlərlə tanış olublar.

Trend xəbər
verir ki, əvvəlcə media nümayəndələri akkreditasiya prosesi ilə
tanış olublar.

Daha sonra WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı
direktoru Adil Məmmədov media nümayəndələrini ərazi ilə tanış
edib.

O qeyd edib ki, WUF13 günlərində akkreditasiya mərkəzində
işləyəcək şəxslərin hamısı azərbaycanlıdır. Bu proseslə bağlı heç
bir xarici plaftomaya istinad edilməyib.

Media nümayəndələri və blogerlər forumun konfrans otağı ilə
tanış olublar.

Qeyd edilib ki, iki hektar sahəni əhatə edən zonada “Media
mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq”
zalları yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və
müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media
nümayəndələri üçün istirahət sahəsi mövcuddur. Həmçinin bildirilib
ki, WUF13 “Media mərkəzi”ndə 140 işçi üçün masa var, onlardan 28-i
canlı yayımçılar üçündür.

“WUF 13 məkanı şəhərcik formasında təsis edilib. WUF13 “Media
mərkəzi”ndən istənilən digər məntəqəyə keçid mümkün olacaq”,- deyə
A.Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda xaricdə olan və qeydiyyatdan keçmiş
istənilən şəxs hibrid şəkildə WUF13 sessiyaya qoşula biləcək.




Bundan sonra media nümayəndləri “Media Hub”la tanış olublar.

Mediatur zamanı WUF13 ərazisində ictimai iaşə məntəqələrinin də
mövcud olacağı vurğulanıb. Bildirilib ki, şirkətlər tərəfindən
satılan yeməklərin qiymətlərinə də nəzarət ediləcək. Vurğulanıb ki,
WUF13 günlərində BMT tərəfindən qoyulan tələblər hamısı yerinə
yetiriləcək.

Media nümayəndələrinə məlumat verilib ki, WUF13 çərçivəsində
təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. Pavilyonlarda
14-ə yaxın xarici bələdiyyə nümayəndəsi iştirak edəcək.

Daha sonra media nümayəndləri açılış bağlanış mərasim zalı ilə
tanış olublar.

Qeyd edilib ki, Bakı Olimpiya Stadionunun hər yerində
məlumatlandırma lövhələri quraşdırılıb.

“WUF13 ərazisinin ümumi sahəsi 53 hektardır. Bunun 10 hektarı
nəqliyyat üçün nəzərdə tutulub”,- deyə Adil Məmmədov bildirib.

Qeyd edilib ki, forum günlərində milli geyimdə olan şəxslər
ərazidə olacaqlar.

Mediaturun yekununda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin
icraçı direktoru Adil Məmmədov jurnalistlərin suallarını
cavablayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir