Jurnalistlər üçün müsabiqə elan edildi

Baş səhifə

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə
elan edib.

Bu barədə Trend-ə MEDİA-dan məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona
əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim
edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq
dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim
etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr
ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər
hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə
müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;




– ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr
ərzində audiovizual media subyektində yayımlanmış və həcmi
(xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı
nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı sosial-iqtisadi reportaj;

– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil
ekspert tərəfindən həyata keçirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş
nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün
nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş)
jurnalist və 5 (beş) operator qalib elan edilir və
mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 20 may 2026-ci il 18:00 tarixinədək
davam edəcəkdir.

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə

buradan
tanış ola bilərsiniz.


Müsabiqə qaydaları

Müraciət
forması

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir