Rəqəmsallaşma yeni imkanlarla yanaşı, qeyri-bərabərlik də yarada bilər – Asadullo Zikrikhudiyev

Baş səhifə

Bakı. Trend:

Fiziki məhdudiyyətləri olan şəxslər bəzi məlumatlara çıxış əldə
edə bilmir, onlayn randevu ala, rəqəmsal nəqliyyat sistemindən və
süni intellekt texnologiyalarından lazımi səviyyədə yararlana
bilmirlər.

Trend xəbər
verir ki, bunu Tacikistanın Əlilliyi olan Şəxslərin Milli
Komitəsinin rəhbəri Asadullo Zikrikhudiyev “Şəhərlər hamı üçün –
heç kim kənarda qalmasın” adlı tədbir çərçivəsində təşkil edilən “Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və institusional
mexanizmlər” mövzusunda panel müzakirəsində çıxışında bildirib.

Onun sözlərinə görə, nəticədə həmin şəxslər sosial və iqtisadi
həyatdan təcrid olunurlar:




“Fiziki əlçatanlıq necə vacibdirsə, XXI əsrdə rəqəmsal
əlçatanlıq da bir o qədər əhəmiyyət daşıyır, hətta bəzi hallarda
fiziki əlçatanlığa yaxın anlayış kimi çıxış edir. Təhsildə, siyasi
proseslərdə iştirakda və digər bütün sahələrdə rəqəmsal inklüzivlik
əsas prinsiplərdən biri olmalıdır. Rəqəmsal inklüzivlik dövlət
siyasətinin tamhüquqlu tərkib hissəsinə çevrilməlidir. Hazırda süni
intellekt məhdudiyyətləri olan insanlar üçün yeni imkanlar yaradır,
onların informasiya əldə etməsini, ünsiyyətini, təhsilini və
gündəlik həyatını daha əlçatan edir”.

O qeyd edib ki, rəqəmsallaşma yeni imkanlarla yanaşı,
qeyri-bərabərlik də yarada bilər:

“Əgər dövlət xidmətləri tam şəkildə onlayn formata keçərsə və
hər kəs bu xidmətlərdən bərabər şəkildə yararlana bilməzsə,
cəmiyyətin bir hissəsi ayrı-seçkiliyə məruz qalacaq.
Məhdudiyyətləri olan insanlar yalnız texnologiyaların
istifadəçiləri deyil, həm də qərar qəbul edənlər, mütəxəssislər və
yenilik yaradan fərdlər kimi iştirak edirlər. Onların iştirakı
inklüziv və hər kəs üçün əlçatan həllərin formalaşmasına kömək
edir. Ölkəmizdə rəqəmsal transformasiya istiqamətində mühüm
addımlar atılır. Elektron hökumət xidmətləri, onlayn təhsil, mobil
xidmətlər və rəqəmsal platformalar bu sahədə vacib inkişaf
nümunələridir. Lakin imkanları məhdud insanlar üçün xüsusi qayğı və
rəqəmsal əlçatanlığın təmin olunması hələ də əsas məsələlərdən biri
olaraq qalır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir