
Bakı.Trend:
Hindistan hökuməti Yaxın Şərqdəki böhran fonunda Hindistan
rupisinin məzənnəsini dəstəkləmək məqsədilə qızıl və gümüş idxalına
tətbiq olunan gömrük rüsumlarını 6 faizdən 15 faizə qaldırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yeni qaydalara əsasən, qızıl və gümüş idxalına 10 faiz həcmində
əsas gömrük rüsumu, həmçinin “kənd təsərrüfatı və infrastrukturun
inkişafı” üçün 5 faiz xüsusi rüsum tətbiq edilir.
Platin üçün isə rüsum dərəcəsi əvvəlki 6,4 faizdən 15,4 faizə
yüksəldilib.

