
Bakı.Trend:
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESKO)
Kazanda keçirilən 15-ci Baş Konfrans sessiyasında Salim bin
Məhəmməd əl-Malik növbəti müddətə Təşkilatın baş katibi
seçilib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, sessiyanın işində Azərbaycan, Misir, Yəmən,
Liviya, Maldiv, Seneqal, Sudan, Çad, Tunis və Türkmənistandan olan
10 təhsil naziri, həmçinin Qazaxıstan, Oman və Özbəkistandan üç
nazir müavini iştirak edir.
Baş Konfransın əsas vəzifəsi ISESKO-nun ümumi siyasətinin
formalaşdırılması və təşkilatın fəaliyyətinə nəzarətin həyata
keçirilməsidir. İclaslar hər dörd ildən bir keçirilir.
Sessiya “Rusiya – İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi
forumu çərçivəsində keçirilir.

