Filippin parlamentində atışma baş verib

Baş səhifə

Bakı. Trend:

Filippin Senatında atışma baş verib.

Trend xəbər verir
ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, hadisə yerində olan şahidlər senat binasını atəş
səslərinin bürüdüyünü və insanların təhlükəsiz yerə sığınmalarına
dair göstəriş verildiyini bildirib.




Atışmadan öncə Senatın binasına hərbi uniformada olan 10-dan çox
şəxs daxil olub. Onların bəzilərinin üzərində odlu silahlar
olub.

İnsidentin təfərrüatları haqda məlumat yoxdur.

Qeyd edək ki, hadisə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən
axtarışa verilmiş senatorlardan birinin həbsi istiqamətində görülən
tədbirlər fonunda baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir