SOCAR və “MOL Group” arasında Azərbaycanda birgə upstream-layihələri müzakirə olunub

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MOL
Group” şirkəti əməkdaşlığın genişləndirilməsini və Azərbaycanda
birgə upstream layihələrini müzakirə ediblər.

Trend xəbər verir
ki, bu barədə SOCAR Prezidenti Rövşən Nəcəf öz rəsmi “X”
səhifəsində məlumat paylaşıb.

Qeyd olunur ki, Daşkənddə keçirilən “Özbəkistan neft və qazı –
2026” sərgi və konfransı çərçivəsində “MOL Group” şirkətinin
kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Jombor Marton ilə
görüş baş tutub.




“Görüş zamanı SOCAR ilə “MOL Group” arasında möhkəm və
uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb,
həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə edilib. Tərəflər
Azərbaycandakı birgə upstream layihələri, o cümlədən Azərbaycanın
Şamaxı-Qobustan bölgəsində yerləşən quru sahəsi üzrə Kəşfiyyat,
İşlənmə və Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində davam edən
işlər barədə fikir mübadiləsi aparıblar”, – deyə paylaşımda
deyilir.

Məlumata görə, görüş zamanı enerji təhlükəsizliyinin və
dayanıqlı inkişafın səmərəli enerji həlləri vasitəsilə
dəstəklənməsinə yönəlmiş gələcək əməkdaşlıq imkanları da nəzərdən
keçirilib.

Qeyd edək ki, MOL Group 2020-ci ildə “Azəri-Çıraq-Günəşli”
yatağında 9,57 faiz pay və Bakı–Tbilisi–Ceyhan neft kəmərində 8,9
faiz effektiv pay əldə etməklə Azərbaycan bazarına daxil olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir