OPEC Azərbaycanda apreldə hasil olunan neftin həcmini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin aprel ayında Azərbaycanda xam neft hasilatı orta
hesabla günə təxminən 460 min barel təşkil edib.

Bu barədə Trend
OPEC-in hesabatına istinadən məlumat verir.

Təşkilatın məlumatına görə, cari ilin mart ayında bu göstərici
müvafiq olaraq 456 min barel olub.

2026-cı ilin birinci rübündə isə hasilat günə 454 min barel
təşkil edib.




Bundan əlavə, OPEC qeyd edir ki, 2025-ci ildə ölkədə orta illik
neft hasilatı günə 461 min barel olub. Müqayisə üçün, bu göstərici
2024-cü ildə 481 min barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin
məlumatına görə, respublikada 6,6 milyon ton neft (kondensatla
birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu
“Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon
tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla
birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla
birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3
milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına
düşüb.

Cari ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik
61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min
barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik
74 min ton (555 min barrel) olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir