Beynəlxalq axtarışda olan şəxs Hindistana təhvil verilib

Baş səhifə

Bakı. Trend:

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq
çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
təqsirləndirilərək beynəlxalq axtarıça verilmiş Hindistan vətəndaşı
ölkəsinə təhvil verilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.

Məlumata görə, Hindistan Respublikasının hüquq mühafizə
orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz
dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa
elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının
vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin
səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq
tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Belə ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində
həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında
təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən
Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə
sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir