Qadınlara daha çox səlahiyyət vermək lazımdır – Oman rəsmisi

Baş səhifə

Bakı. Trend:

Gələcək haqqında danışanda ilk növbədə düşünməliyik ki, qadınlar
bu sahədə nə edə bilər.

Trend xəbər
verir ki, bunu Omanın Muskat Kollecinin Qəyyumlar Şurasının üzvü, “Women Future Cities” və “Communities Connect Cities”
təşkilatlarının həmtəsisçisi və sədri Laila Al Hadhrami “Şəhərlər
hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbir çərçivəsində
təşkil edilən “Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və
institusional mexanizmlər” mövzusunda panel müzakirəsində çıxışında
bildirib.

Onun sözlərinə görə, gələcəyin qurulmasında qadınların rolu
yalnız iştirakçı olmaq deyil, həm də istiqamət verən qüvvəyə
çevrilməkdir:

“Bakıda hava limanında gördüyüm səmimi salamlama diqqətimi
çəkdi. Bu, çox vacib məqamdır. Biz müasir texnologiyalardan, ağıllı
şəhərlərdən, rəqəmsallaşmadan danışırıq. Amma Bakıda insanı
qarşılama mədəniyyəti, insani münasibət hələ də yaşayır. Məhz bu
dəyərlər bizi fərqləndirir. Biz öz ənənələrimizi, mədəniyyətimizi,
hətta mətbəximizi belə qorumalıyıq. Texnologiya inkişaf etdikcə
insanlıq itirilməməlidir.




Qadınlara daha çox səlahiyyət vermək lazımdır. Çünki qadınlara
dəstək olmaq, əslində ailələrə və cəmiyyətə dəstək olmaq deməkdir.
Biz “Qadınlar ağıllı şəhər üçün” adlı xüsusi bir laboratoriya
yaratmışıq. Məqsədimiz qadınların innovasiya, şəhər idarəçiliyi və
sosial inkişaf proseslərində daha fəal iştirakını təmin
etməkdir.

Biz inanırıq ki, qadınlar bu proseslərə böyük töhfə verə bilər.
Bunun üçün həm dövlət, həm də özəl sektor arasında münasibətlər
inklüzivlik prinsipi əsasında qurulmalıdır. İnsanlara investisiya
edilməlidir. Çünki inkişafın ən doğru yolu insan kapitalına yatırım
etməkdir.

Şəhərləri daha yaşana bilən, daha təhlükəsiz və daha müasir
etmək üçün hər kəs birlikdə çalışmalıdır. Gələcəyin şəhərləri
yalnız texnologiya ilə deyil, insan dəyərləri ilə
formalaşmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir