
Bakı. Trend:
“Beşiktaş” Fransa millisinin sabiq üzvü ilə maraqlanır.
Trend xəbər
verir ki, “qara qartallar” Nabil Fekirin transferini reallaşdırmaq
niyyətindədir.
BƏƏ-nin “Əl-Cəzirə” klubu ilə müqavilə müddəti 2026-cı il iyunun
30-na qədər olan Fekirin “Beşiktaş”a yollanacağı gözlənilir.
Nabil “Lion”, “Betis” klublarında oynadıqdan sonra 2024-cü ildə
“Əl-Cəzirə”yə keçib.

