
Bakı. Trend:
Fransada bütün yaş qrupları üzrə işsizlik səviyyəsi
gözlənilmədən son beş ilin ən yüksək həddinə çatıb.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi Fransanın milli statistika
agentliyi “Insee”nin məlumatları na istinada məlumat yayıb.
Milli statistika agentliyinin məlumatına əsasən, işsizlik bütün
yaş qruplarında artaraq 8,1%-ə çatıb.
Qeyd olunur ki, agentliyin sorğusunda iştirak edən iqtisadçılar
bu göstəricinin ötən ilin sonundakı 7,9%-dən 7,8%-ə qədər cüzi
azalacağını proqnozlaşdırırdılar.
Aprelin sonuna olan məlumatlar həmçinin göstərib ki,
iqtisadiyyat ilk üç ay ərzində artım nümayiş etdirməyib. Fransa
Bankının mayın 12-də, çərşənbə axşamı keçirdiyi biznes sorğusu isə
İrandakı müharibənin iqtisadi fəallığı zəiflətməyə və inflyasiya
təzyiqlərini artırmağa başladığını göstərib.

