
Bakı. Trend:
Macarıstanın yeni Baş naziri Peter Macyar bahalı xidməti
avtomobilindən istifadə etmək niyyətində olmadığını bildirib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
O, xidməti avtomobil kimi seçkiqabağı kampaniya zamanı ölkə boyu
istifadə etdiyi mavi rəngli “Skoda Superb” avtomobilini
saxlayacağını deyib.
“Baş nazirin rəsmi avtomobili kimi seçki kampaniyam zamanı ölkə
üzrə insanlara yaxşı tanış olan “Skoda Superb”dən istifadə
edəcəyəm. Həmçinin rəsmi hökumət iqamətgahına köçməyəcəyəm”, – deyə
Macyar sosial şəbəkə hesabında bildirib.
Macarıstanın yeni Nazirlər Kabineti fəaliyyətinin ilk
günlərindən təvazökarlığı vurğulamağa çalışır.

