
Bakı. Trend:
“Sabah”ın futbolçusu Aron Maluda karyerasını Avropanın məşhur
klubunda davam etdirə bilər.
Trend xəbər
verir ki, “Celtik” fransalı vingeri transfer etmək istəyir.
Xəbərdə qeyd olunub ki, Şotlandiya nəhəngi Maluda ilə əlaqə
saxlayıb və ona klubun layihəsi barədə məlumat verib.
“Seltik”in 20 yaşlı ön xətt oyunçusu üçün Azərbaycan klubu ilə
danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, “Sabah” Aron Maludanı 2025-ci ilin sentyabr ayında “Lill”dən transfer edib və daha sonra futbolçunun transfer
hüquqlarına yiyələnib.FFransa U-19 millisinin sabiq üzvü Masazır
təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4
məhsuldar ötürmə ilə yadda qalıb.

