
Bakı. Trend:
Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir
küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Trend bu barədə
Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər
verir.
Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir
küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə
qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və
əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan
istifadə etmələrini xahiş edir.

