
Bakı. Trend:
Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində
keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.
Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Babək Qələmzadə fərdi
kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün
rəqiblərinə qalib gələrək qitə çempionu olub.
Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15
yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton
Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75
kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz
kateqoriyalarında birinci yeri tutublar.
Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17
yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985
idmançı iştirak edib.

