
Bakı. Trend:
Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib.
Trend xəbər verir ki,
həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşıb.
“Palms Sports Arena”da keçirilən matç Masazır təmsilçisinin 2:1
hesablı qələbəsi ilə başa çatıb. “Sabah” tarixi ərzində ikinci dəfə
ölkə kubokunun qalibi olub.
Azərbaycan Kuboku
Final
13 may
20:00 “Sabah” – “Zirə” 2:1
Qollar: Patrik Mbina, 70, Coy Lens Mikels, 90+2 – Eren Aydın, 4
Baş hakim: Elçin Məsiyev
“Palms Sports Arena”

