
Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turdan təxirə
salınmış oyun keçirilib.
Trend xəbər verir ki,
çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” evdə “Kristal
Pelas”ı 3:0 hesabı ilə məğlub edib. Qolları Antonio Semenyo, Omar
Marmuş və Savinyo vurublar.
Bu qələbədən sonra xallarını 77-yə çatdıran “Mançester Siti”
mövsümün başa çatmasına 2 tur qalmış lider “Arsenal”la xal fərqini
2-yə endirib.

