Si Cinpin Tayvan məsələsinə görə ABŞ və Çin arasında qarşıdurma ehtimalından danışıb

Baş səhifə

Bakı. Trend:

Çin Sədri Si Cinpin Tayvan məsələsində yanlış addımların Çinlə
ABŞ arasında birbaşa qarşıdurmaya yol aça biləcəyini bəyan
edib.

Trend-in məlumatına görə, bu barədə o, ABŞ Prezidenti Donald
Trampla keçirdiyi danışıqlar zamanı bildirib.




Si Cinpin vurğulayıb ki, Tayvan məsələsi Çin-ABŞ
münasibətlərində ən həssas və mühüm mövzulardan biridir. Onun
sözlərinə görə, bu məsələ düzgün şəkildə həll olunarsa, iki ölkə
arasındakı münasibətlərdə sabitlik qorunub saxlanıla bilər. Əks
halda isə tərəflər arasında toqquşma və hətta münaqişə riski yarana
bilər.

Çin lideri əlavə edib ki, Tayvanın müstəqilliyinə yönəlmiş
addımlar regionda sülh və sabitliyin təmin olunması ilə
uzlaşmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir