FHN-in Şimal-qərb Regional Mərkəzi təlim keçirib – VİDEO

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda təlim keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlim şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə şərti köməksiz vəziyyətdə qalmış vətəndaşları “xilas edərək” verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda təlimin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir