
Bakı.Trend:
Ukranyanın Ali Korrupsiya Əleyhinə Məhkəməsi (VAKS) prezident
administrasiyasının sabiq rəhbəri Andrey Yermak barəsində həbs
qətimkan tədbiri seçib.
Trend xəbər verir
ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Müvafiq qərar VAKS tərəfindən cümə axşamı elan olunub.
“Şübhəli Yermak barəsində faktiki saxlanıldığı gündən etibarən
60 gün müddətinə həbs qətimkan tədbiri seçilsin. Şübhəli üçün 140
milyon qrivna (təxminən 5,4 milyon AZN) məbləğində girov müəyyən
edilsin”, – deyə hakim bildirib.
Yermak özü girov məbləği ilə bağlı danışarkən bildirib ki, onun
girov müqabilində şərti azad edilməsi üçün həmin məbləğdə pulu
yoxdur. Onun sözlərinə görə, vəkili bu məsələ ilə bağlı dostları və
tanışları ilə əlaqə saxlayacaq.
Yermak Kiyev yaxınlığında “Dinastiya” adlı elit yaşayış
kompleksinin tikintisi zamanı 460 milyon qrivnanın (10 milyon
dollar) leqallaşdırılması işi üzrə ittihamlarla üzləşib.
Yermak özünü təqsirli bilməyib. “Mən bütün ittihamları rədd
edirəm”, – deyə o, məhkəmə iclasında bildirib.

