İqlim dəyişikliyi iqtisadiyyata, ərzaq təhlükəsizliyinə və səhiyyəyə təhdid yaradır – Muxtar Babayev

Baş səhifə

Bakı.Trend:

İqlim dəyişikliyi təkcə ətraf mühit üçün deyil, eyni zamanda
iqtisadiyyat, ərzaq təhlükəsizliyi və səhiyyə üçün təhdidə
çevrilib.

Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri
üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi”
çərçivəsində Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında
çıxışı zamanı deyib.

“İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. Bu, su
qıtlığı, ərzaq təhlükəsizliyi, səhiyyə, miqrasiya, iqtisadi
sabitlik və hətta regional təhlükəsizlik məsələsinə çevrilib”, –
deyə o bildirib.

M.Babayevin sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının
məlumatına əsasən, 2024-cü il müşahidələr tarixində ən isti il kimi
qeydə alınıb, son onillik isə müasir tarixdə ən isti dövr olub.

O qeyd edib ki, son 50 ildə dünyada hava ilə əlaqəli təbii
fəlakətlərinin sayı təxminən beş dəfə artıb, iqtisadi itkilər isə
4,3 trilyon dolları ötüb.

M.Babayev həmçinin vurğulayıb ki, hazırda təxminən 3,6 milyard
insan iqlim dəyişikliyinin təsirlərinə qarşı son dərəcə həssas
bölgələrdə yaşayır, dünya əhalisinin az qala yarısı isə ciddi su
çatışmazlığı ilə üzləşir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir