
Bakı. Trend:
Bu gün İranda yerli vaxtla saat 11:17-də İranın cənub-şərqində
yerləşən Kirman vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in
məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ vilayətin Bərdsir rayonunda 8 km
dərinlikdə qeydə alınıb.
Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün
qüvvələr cəlb olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

