İçərişəhərdə sakinlərin sistemli uçotuna başlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə
idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin
effektivliyinin artırılması məqsədilə strateji layihəyə start
verib.

Bu barədə Trendİçərişəhər” DTMQİ
Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin
genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və
mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı
məqsədilə xüsusi Komissiya yaradılıb.

Məlumata görə, bu tarixi addım ilk növbədə sakinlərin
sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən
xidmətlərin fərdiləşdirilməsinə xidmət edir.




“Proses idarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma
coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial
proqramların və infrastruktur layihələrinin daha effektiv
planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan
məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə,
kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir
addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait
yaradacaq.

Vətəndaşların rahatlığı üçün məlumatların həm kağız, həm də
elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə
qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat
bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək
strateji qərarların qəbulu üçün istifadə olunacaq.

Hazırda icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri
üçün yeni xidmət standartları və yüksək rifah vəd edir.

Hər bir sakini bu əhəmiyyətli əməkdaşlıqda fəal iştirak etməyə
dəvət edirik”, – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir