Azərbaycanda ötən il elektrik və hibrid avtomobillərin alışına verilən kreditlərin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda elektrik və hibrid avtomobillərinin
alışına 75 milyon manat kredit verilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı
maliyyə hesabatı”nda qeyd edilib.

Sənədə əsasən, ötən il elektrik və hibrid avtomobil kreditinin
ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik
müqayisədə 13 faiz bəndi artaraq 48%-dən 61%-ə, kreditlərin məbləği
üzrə isə 6 faiz bəndi artaraq 65%-dən 71%-ə çatıb.




“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatlarına əsasən
2025-ci ildə elektrikləşdirilmiş ictimai nəqliyyatın
genişləndirilməsi davam etdirilib. Elektrik avtobuslarının yerli
istehsalı istiqamətində yeni zavodun qurulması təşəbbüsü nəqliyyat
parkının daha sürətli yenilənməsi, idxaldan asılılığın azaldılması
və aşağı emissiyalı nəqliyyat vasitələrinin genişləndirilməsi
baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Aşağı
emissiyalı nəqliyyat vasitələrinə keçid bankların avtomobil kredit
portfelində də əksini tapıb. 2025-ci ildə həm kredit məbləği (75
milyon manat), həm də kredit sayı üzrə göstəricilər 2024-cü illə
müqayisədə artım nümayiş etdirib. Artım, xüsusilə kredit sayı üzrə
daha nəzərəçarpan olub, bu isə kreditləşmə fəallığının
genişləndiyini göstərir. Bu dinamika aşağı emissiyalı nəqliyyat
vasitələrinə tələbin artdığını və maliyyə resurslarının daha
ekoloji səmərəli nəqliyyat seqmentinə yönləndirildiyini göstərir”,
– hesabatda vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, 2025-ci ildə hibrid avtomobillərin
idxaldakı payı kəskin şəkildə artaraq 60%-ə yüksəlib: “Bu artım
hibrid avtomobillərin bazarda daha geniş yayılması və istehlakçılar
tərəfindən daha çox üstünlük verilməsi ilə izah oluna bilər. Bu
tendensiya infrastruktur, qiymət fərqləri, enerji təminatı və
istehlakçı davranışı kimi amillərlə əlaqəli ola bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir