Qırğızıstan Qərbin tələblərini rədd edib

Baş səhifə

Bakı.Trend:

Qərb ölkələri Qırğızıstanın bəzi banklarının bağlanmasını tələb
edib, lakin rəsmi Bişkek bunu rədd edib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Qırğızıstan Nazirlər
Kabinetinin rəhbəri Adılbek Kasımaliyev bildirib.

Onun sözlərinə görə, hakimiyyət Avropa və ABŞ tərəfdaşlarına
beynəlxalq şirkətlərin cəlb olunması ilə müstəqil audit aparmağı
təklif edib.




“Biz dedik ki, pozuntuların olub-olmadığını yoxlayın, sonra
sanksiyalar tətbiq edin”, — deyə Kasımaliyev qeyd edib.

O vurğulayıb ki, bankların bağlanması ölkənin maliyyə sistemini
sarsıda bilərdi, çünki həmin banklarda vətəndaşların əmanətləri
saxlanılır.

Bununla yanaşı, baş nazir əlavə edib ki, şübhəli sxemlərlə
əlaqəsi ola biləcək ayrı-ayrı şirkətlər bağlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir