
Bakı.Trend:
“Disney” şirkətinin Rusiya video servisləri ilə lisenziya
müqavilələrinin müddəti 2026-cı ildə başa çatır.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
Şirkətin Rusiyadakı franşizası olan “Uolt Disney Kompani”
MMC-nin hesabatından məlum olur ki, şirkət yeni sazişlər bağlamaq
niyyətində deyil. Beləliklə, studiyanın film və cizgi filmlərinin
Rusiyada qanuni nümayişi ilin sonunadək dayandırılacaq.
Studiyanın “Kral Şir”, “Zootopiya” və “Soyuq ürək” kimi əsas
hitləri hələ 2023-cü ildə video servislərin arxivlərindən
çıxarılıb. Hazırda platformalarda yalnız bəzi köhnə animasiya
lentləri qalıb. Məsələn, “Xanım və avara” filmini “Kion” və “İvi”
platformalarında, “Piter Pen” və “Dambo”nu isə “Kinopoisk”də
izləmək mümkündür. “Okko” platformasında isə Disney məzmunu artıq
yoxdur, hüquqların müddəti başa çatıb və uzadılmayıb.

