
Bakı. Trend:
Latviyanın Baş naziri Evika Siliņa istefa verdiyini
açırlayıb.
Trend xəbər verir
ki, bu barədə Latviya mediası məlumat yayıb.
“Hazırda siyasi qısqanclıq və dar partiya maraqları məsuliyyət
hissinə qalib gəlib. Müdafiə naziri vəzifəsinə güclü namizəd
gördükləri halda, siyasi boşboğazlar böhranı – hökumət böhranını
seçdilər. Buna görə də istefa verdiyimi bəyan edirəm. Bu, asan
qərar deyil, lakin mövcud vəziyyətdə dürüst qərardır”,- deyə o
bildirib.
Qeyd edək ki, mayın 13-də Siliņa hakim koalisiyaya daxil olan
“Mütərəqqilər” fraksiyası ilə görüşüb. Həmin koalisiyaya onun
rəhbərlik etdiyi “Yeni Birlik” və “Yaşıllar və Fermerlər İttifaqı”
də daxildir. Görüşün nəticələrinə əsasən, Seymdə fraksiyanın
rəhbəri Andris Suvajev bildirib ki, hökumət faktiki olaraq
fəaliyyət qabiliyyətini itirib. O, həmçinin ölkə prezidenti Edqars
Rinkeçivsi yeni hökumətin formalaşdırılması ilə bağlı
məsləhətləşmələrə başlamağa çağırıb.
Xatırladaq ki, Latviyada siyasi böhran mayın 7-nə keçən gecə
ölkənin hava məkanına iki pilotsuz uçuş aparatının daxil olmasından
sonra başlayıb. Düşən dronlardan biri Rezekne şəhərində yerləşən
neft bazasında boş rezervurlardan birinə düşüb.

