
Bakı.Trend:
Mayis Musayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya
departamentinin direktoru vəzifəsindən ayrılıb.
Trend xəbər
verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım
edib.
“Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə
yekunlaşdı.
Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və
məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş
deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və
vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss
etdim.
Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər
bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza
atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi
bildirirəm.
Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara,
mediadakı dostlarımıza təşəkkür edirəm.
Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və
vətəndaşımıza xidmət missiyası ömürlükdür. İndi isə yeni hədəflərə
və yeni çağırışlara doğru irəliləmək zamanıdır!”,- deyə paylaşımda
qeyd edilib.

