
Bakı. Trend:
COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən
tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb.
Trend xəbər
verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə
mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına
iyulun 1-dək əlavə veriləcək.
Daha əvvəl bu müddət aprelin 1-dək müəyyən edilmişdi.

