Sabunçuda əməliyyat: avtomat və patronlar aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməkdaşları ilə Daxili İşlər Nazirliyinin müvafiq struktur
qurumunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış
tədbiri nəticəsində silah-sursat aşkar edilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.




Bildirilib ki, əməliyyat tədbiri zamanı məhkum tərəfindən həbs
edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,
Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı
avtomat silah, ona məxsus 1 ədəd daraq və 29 ədəd 5.45 millimetrlik
patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir