Saxta “cərimə ödənişi” saytları ilə bağlı xəbərdarlıq (FOTO)

Baş səhifə

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluq cəhdləri ilə
bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumdan Trend-ə verilən məlumata görə, son dövrlər sosial
şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun
bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet
səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.

Bildirilib ki, aparılan monitorinqlər zamanı bir sıra saxta
internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək
istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi
məlumatlarını ələ keçirməyə cəhd göstərdiyi müəyyən olunub.




Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə
yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər
vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını,
CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı,
ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən
həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen
ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.

Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti
qurumlara məlumat vermək məsləhət görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir