
Bakı. Trend:
Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və
yenilənmiş svetoforlar istifadəyə verilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə
kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev
küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar
artıq istifadəyə verilib. Görülən işlər nəticəsində nəqliyyat
vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi
təmin olunub.
Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
tərəfindən həyata keçirilib.

