Azərbaycanda maaşlarla bağlı yeni mexanizmlər formalaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv
Saziş imzalanıb.

Trend xəbər
verir ki, sənəddə əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat
səviyyəsinə dair müddəalar da öz əksini tapb.




Bildirilib ki, Tərəflər işçinin əmək hüququnu təmin edən
kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real
əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini
zəruri hesab edirlər. Bu məqsədlə əməyin təşkilinin
təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması,
əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı
öhdəlikləri öz üzərlərinə götürürlər.

  • Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində
    “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası
    istiqamətində tədbirlər görmək;
  • dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan
    işçilərin əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları vahid
    tarif cədvəli üzrə ödənilən işçilərin aylıq tarif (vəzifə)
    maaşlarının artırılması və məhsuldar əməyin təşviqinə yönəldilmiş
    əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin formalaşması
    istiqamətində tədbirlər görmək;
  • qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədilə
    işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə
    cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər
    üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;
  • müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması
    istiqamətində aparılan işlərə diqqəti artırmaq;
  • təhsil sahəsində səriştə və nəticəəsaslı diferensiallaşdırılmış
    əməkhaqqı sisteminin yaradılması üzrə mexanizmləri
    təkmilləşdirmək;
  • istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin
    payına dair təhlillər aparmaq;
  • əməyinin ödəniş sistemini cinsindən asılı olmayaraq bərabər
    dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında
    təkmilləşdirmək;
  • minimum istehlak səbətinin hesablanmasına dair məsləhətləşmələr
    aparmaq;
  • minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması
    istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə
    üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının
    tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək;
  • minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı
    qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaq;
  • dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan
    işçilərin əməyinin ödənilməsinin dövlət büdcəsinin və büdcədənkənar
    vəsaitlərin hesabına maliyyələşdirilməsinin optimal sistemini
    yaratmaq;
  • əmək qanunvericiliyi sahəsində beynəlxalq təcrübənin
    öyrənilməsi istiqamətində işləri davam etdirmək.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir