Azərbaycanda texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin I rübü ərzində respublika ərazisində 3227 texnogen
mənşəli hadisə qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük
statistikasında məlumat verilib.

Statistikaya əsasən, 2026-cı ilin I rübü ərzində respublika
ərazisində 99 təbii mənşəli hadisə qeydə alınıb, insan təlafatı və
xəsarət alan olmayıb.




Bu ilin yanvar-aprel ayları ərazində 3326 təbii və texnogen
mənşəli hadisə baş verib ki, bu da 2025-ci ilin I rübü ilə
müqayisədə 828 hadisə və ya 20% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15
nəfər həlak olub, 86 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri
tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir